BAKI, 22 iyul. TELEQRAF
İsrail ordusunun Qəzzanın şərqində humanitar yardım gözləyən yerli əhalini atəşə tutması nəticəsində 7 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Qeyd olunub ki, hücum zamanı yaralanan 118 nəfər Qəzza şəhərində Qırmızı Ayparaya bağlı xəstəxanasında müalicə olunur.