BAKI, 19 iyul. TELEQRAF
Suriya hakimiyyəti ölkədəki toqquşmaları dayandırmaq üçün cənubdakı Əs-Suveyda əyalətinə xüsusi təyinatlılar göndərməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə Ərəb Respublikasının müvəqqəti Prezidenti Əhməd əl-Şaraa bildirib.
Əl-Şara ofisinin "Telegram" kanalında dərc etdiyi bəyanatda deyilir: “Suriya rəhbərliyi hərbi əməliyyatları dayandırmaq üçün bütün səylərini göstərir və ərazidə silahlı münaqişələrə son qoymaq üçün tezliklə oraya xüsusi təyinatlılar göndərməyi planlaşdırır”.
Suriya televiziyası öz növbəsində mənbələrə istinadən iddia edir ki, təhlükəsizlik qüvvələri ölkənin müvəqqəti Prezidentinin göstərişinə uyğun olaraq “Artıq Əs-Suveydaya göndəriləcək bölmələri hazırlayır”.