BAKI, 8 sentyabr. TELEQRAF

İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Fillip Gan ilə görüşündə rəqəmsal və yaşıl həllərin formalaşdırılması, onların iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi və bu istiqamətdə yeni əməkdaşlıq imkanlarının yaradılması məsələləri nəzərdən keçirilib.

Bu barədə Teleqraf-a Nazirlikdən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı, innovativ texnologiyaların tətbiqi və yaşıl transformasiya istiqamətlərində həyata keçirdiyi tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, investisiya imkanlarının genişləndirilməsi, texnologiya transferinin təşviqi, insan kapitalının inkişafı, eləcə də lokal tədqiqat və inkişaf mərkəzlərinin yaradılması istiqamətlərində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.