BAKI, 8 sentyabr. TELEQRAF
Aida Kasımalıyeva Qırğızıstanın BMT-dəki daimi nümayəndəsi vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, müvafiq fərman ölkə Prezidenti Sadır Japarov tərəfindən imzalanıb.
Ayaz Baetov bu vəzifəyə təyin edilib. O, başqa vəzifəyə keçirilməsi ilə əlaqədar sentyabrın 8-də ədliyyə naziri vəzifəsindən azad olunmuşdu.
Aida Kasımalıyeva 2021-ci ildən Qırğızıstanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışırdı.