BAKI, 17 iyul. TELEQRAF
İsrailin güclü əməliyyatları nəticəsində Suriyanın cənubunda atəşkəs əldə olunub, suriyalı hərbçilər Dəməşqə çəkiliblər.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.
O qeyd edib ki, atəşkəs İsrailin intensiv hərbi hərəkətləri sayəsində mümkün olub.
"İsraildəki druzların lideri Şeyx Muvafaq mənə dedi "Holokost vaxtı yəhudilər öldürüləndə kömək çağırdınız, amma heç kim cavab vermədi. Bu gün druzlar öldürülür, biz də İsraildən yardım istəyirik". Mən də dedim ki, haqlısan. Biz vaxtında tədbir gördük və bundan sonra da belə davam edəcəyik", - Netanyahu deyib.