BAKI, 4 iyul. TELEQRAF

İraq Kürdüstanı muxtar vilayətində ABŞ-nin rəhbərlik etdiyi koalisiya qoşunlarının yerləşdiyi Ərbil hava limanı yaxınlığında dron vurulub.

Teleqraf xəbər verir ki, bu barədə vilayətin təhlükəsizlik qüvvələri məlumat yayıb.

"Yerli vaxtla saat 21:58-də Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında partlayıcı maddə ilə dolu dron zərərsizləşdirilib", - Kürdüstan bölgəsinin terrorla mübarizə xidmətinin məlumatında deyilir.

Hadisə nəticəsində hər hansı tələfat qeydə alınmayıb.