BAKI, 3 iyul. TELEQRAF

PKK terror təşkilatının tərksilah edilməsi məsələsi iyul ayı ərzində həllini tapacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşr yazır ki, PKK-nın tərksilah edilməsi iyul ayında baş verəcək tamamlayıcı addımlarla sürət qazanacaq:

“İyulda hər şey aydınlaşacaq. İyul PKK üçün final ayıdır. Silahsızlaşdırma prosesi hüquqi tənzimləmələrlə paralel həyata keçiriləcək. Çünki söhbət 50 mindən çox insandan gedir. Onların heç də hamısı silahlılar deyil. Silahsızlaşdırılanlar, yaxud müxtəlif vaxtlarda məhkum olunaraq İraq, Suriya, Avropa, ABŞ kimi ölkələrə gedənlər var. Bu məqamda yalnız 150-200 nəfərlik lider heyəti üçün xüsusi reqlamentlər hazırlanacaq. Digərləri ilə bağlı hüquqi konsepsiya ümumi olacaq”.

Nəşrin mənbələri Şimali İraqda silahların təhvil alınması üçün hərbi hazırlıqların tamamlandığını qeyd edib.