BAKI, 1 iyul. TELEQRAF
Gecə saatlarında İraqın Kərkük şəhərindəki beynəlxalq hava limanına üç raket atılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Yerli vaxtla saat 23:30 radələrində baş verən hücumda raketlərdən ikisi hərbi zonaya, biri isə mülki əraziyə düşüb.
Zərbələrdən sonra başlayan yanğın Kərkük Beynəlxalq Hava Limanının yanğınsöndürmə briqadası tərəfindən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində bir nəfərin yaralandığı bildirilib.
Raket hücumunun mənbəyi hələlik müəyyən edilməyib.