BAKI, 1 iyul. TELEQRAF

“İsrail və HƏMAS arasında Qəzza zolağında müharibə başa çatmaq üzrədir”.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.

“Qəzzada əməliyyatın sonuna yaxınlaşırıq”, - nazir bildirib.

Katz bütün girovların azad edilməsi və HƏMAS-ın məğlubiyyəti də daxil olmaqla, İsrailin münaqişədəki məqsədlərini təkrarlayıb.