BAKI, 26 iyun. TELEQRAF

İranın Ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ-nin son hücumlarına baxmayaraq, İranın nüvə obyektlərinin toxunulmaz qaldığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı çıxış edərək bildirib.

“Nüvə obyektlərimizə heç bir zərər dəyməyib”, – qeyd edib.

O əlavə edib ki, ABŞ bu hücumlarla heç nə əldə edə bilmədi və gələcəkdə İrana qarşı hər hansı təcavüz Vaşinqton və onun müttəfiqləri üçün baha başa gələcək.

***

14:28

İran ABŞ üzərində qələbə qazanıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Ayətullah Əli Xamenei bildirib.

Xamenei qeyd edib ki, İran xalqı və dövlətinin iradəsi ABŞ-nin təzyiqlərini və sanksiyalarını aşaraq, milli müstəqillik və suverenliyi uğurla qoruyub saxlayıb.

Xatırladaq ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib.