BAKI, 24 iyun. TELEQRAF
İranın kəşfiyyat xidmətinin rəis müavini Əlirza Lətfi İsrail Hərbi Hava Qüvvələrinin bu ölkəyə hava hücumu zamanı öldürülüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Ə.Lətfinin İsrail ordusunun dünənki hücumları zamanı həlak olduğu bildirilib.

Xatırladaq ki, İsrail ordusu iyunun 23-də Tehranda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” Qərargahı, siyasi məhbuslar və rejim əleyhdarlarının saxlanıldığı Evin həbsxanası, “Fələstin” meydanında qoyulmuş “İsrailin dağılmasına qalan zaman saatı”, Daxili Təhlükəsizlik Xidmətinin Qərargahı, SEPAH-ın Baş İdarəsi və digər qurumların binalarını vurub.