BAKI, 24 iyun. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” qüvvələrinin kəşfiyyat komandiri Məhəmməd Təqi Yusifvənd dünən İsrail ordusunun hücumu nəticəsində öldürülüb.
Teleqraf xəbər verir ki, məlumat SEPAH tərəfindən təsdiqlənib.

Xatırladaq ki, İsrail ordusu iyunun 23-də Tehranda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” Qərargahı, siyasi məhbuslar və rejim əleyhdarlarının saxlanıldığı Evin həbsxanası, “Fələstin” meydanında qoyulmuş “İsrailin dağılmasına qalan zaman saatı”, Daxili Təhlükəsizlik Xidmətinin Qərargahı, SEPAH-ın Baş İdarəsi və digər qurumların binalarını vurub.