BAKI, 23 iyun. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin məktubunu təqdim edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, məktubda Tehran Moskvanın dəstəyinə ümid etdiyini bildirir və rəsmi Kremlə müraciət ünvanlanır.

Abbas Əraqçi özü də bildirib ki, Moskvaya səfəri çərçivəsində Rusiya prezidenti ilə danışıqlar aparmağı planlaşdırır:
“Bu gün cənab Putinlə birbaşa görüşə ümid edirəm. Əsas məqsədimiz regional vəziyyəti və iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir".