
BAKI, 21 iyun. TELEQRAF
“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Fələstin” briqadasının komandiri Səid İzadinin məhv edilməsi müharibənin əsas məqamlarından biridir”.
Teleqraf xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir deyib.
General bildirib ki, İzadi 2023-cü il oktyabrın 7-də HƏMAS Hərəkatının İsrailə hücumunun planlaşdırılması və həyata keçirilməsində iştirak edib:
“Əli minlərlə israillinin qanına batmışdı, HƏMAS liderlərinin sirdaşı idi”.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri bundan əvvəl SEPAH-ın briqada komandirinin Qum şəhərində öldürüldüyünü açıqlamışdı.