BAKI, 21 iyun. TELEQRAF
“Fələstin məsələsi və Qüdsə sahib çıxmaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) varolma səbəbidir”.
Teleqraf xəbər verir ki, bunu İƏT-in İstanbulda keçirilən sammitindəki çıxışında Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“İslam ölkələri ədaləti müdafiə edən və hüquqlara üstünlük verən bir sistemin qurulmasında öncül olmalıdır. İslam yaşadığımız dövrdə hər kəsin ehtiyac duyduğu öncüllüyü təmin edir. Bu problem Fələstin, Livan, Yəmən və ya İran yox, İsrail problemidir”, - nazir bildirib.