BAKI, 21 iyun. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)-ın “Qüds” briqadasının bölmə komandiri Bəhanam Şəhriyar öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“SEPAH-ın “Qüds” briqadasının silahlara nəzarət bölməsinin komandiri Bəhanam Şəhriyar öz avtomobilində öldürülüb. Şəhriyar İran rejiminin silahlarının Yaxın Şərqdəki terror təşkilatlarına ötürülməsinə cavabdeh olub”, - məlumatda deyilir.