BAKI, 21 iyun. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Fələstin” briqadasının komandiri Səid İzadi Qum şəhərindəki mənzilində öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

“SEPAH-ın “Qüds” qüvvələrinin “Fələstin” briqadasının komandiri Səid İzadə Qum şəhərindəki mənzilində öldürülüb. İzadinin HƏMAS-ın maliyyələşdirilməsi və silahlandırılmasından cavabdeh olduğu bildirilir”, - məlumatda deyilir.

SEPAH-ın briqada komandirinin əvvəlcədən hazırlanmış sui-qəsd nəticəsində öldürüldüyü bildirilir.