BAKI, 20 iyun. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə son hava zərbələri ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, SEPAH İsrail şəhərlərinin uzaqmənzilli raketlərlə vurulduğunu bildirib.

“Uzaqmənzilli və son dərəcə ağır raketlərdən istifadə edərək, əməliyyat keçirdik”, - açıqlamada qeyd edilib.

İsrail KİV İran ordusunun son hava kampaniyası zamanı ümumilikdə ölkə ərazisinə 30-a yaxın raketin atıldığını yazıb.

***

16:41

İran Hərbi Hava Qüvvələri İsrail ərazisinə raket zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“İrandan İsrail ərazisinə raket atışları təsbit edilib. Müdafiə sistemləri təhlükənin qarşısını almağa çalışır”, - məlumatda deyilir.

KİV bildirir ki, hücumla əlaqədar ölkənin şimal və cənub bölgələrində həyəcan siqnalları verilib.

Bir Şiva və Hayfa şəhərlərinə raketlərin düşdüyü, hər iki şəhərdə dağıntıların olduğu, Hayfada isə 4 nəfərin ağır, bir neçə nəfər də orta və yüngül yaralandığı vurğulanıb.

Yerusəlim (Qüds) şəhərinin hava məkanında bir neçə İran raketinin zərərsizləşdirildiyi qeyd edilib.