BAKI, 19 iyun. TELEQRAF
İran xarici işlər nazirinin müavini ABŞ-nin İsrail hücumlarına dəstək verməsi ehtimalına münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
O vurğulayıb ki, əgər ABŞ İsrailin tərəfini tutaraq hücumlara qoşularsa, Tehran bunun cavabında bütün mümkün hərbi və diplomatik variantları masaya qoyacaq.
“Biz hər bir ssenarini ciddi şəkildə qiymətləndiririk və lazım gəldikdə uyğun tədbirlər görəcəyik", – iranlı diplomat qeyd edib.