BAKI, 18 iyun. TELEQRAF
İsrail ordusu iyunun 18-də ilə səhər saatlarında 25 qırıcı ilə İranın qərbində hərbi hədəfləri məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“Təxminən 25 qırıcı təyyarə bu səhər ölkənin qərbində İsrailə yönəlmiş raket infrastrukturu, raket anbarları və rejimin hərbi əməliyyatçıları da daxil olmaqla, 40-dan çox İran hərbi obyektinə zərbələr endirib”, - açıqlamada bildirilib.