BAKI, 18 iyun. TELEQRAF

“Türkiyə qırıcılarının İsrailin müdafiəsinə cəlb edilməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirib.

“Bəzi sosial media platformalarında “Türk təyyarələri İsraili qorumaq missiyasını üzərinə götürdü” kimi ifadə edilən iddialar tamamilə dezinformasiya məhsuludur. Türkiyə Yaxın Şərqdə sülh və sabitliyin tərəfdarıdır, Türk Silahlı Qüvvələri sülh və təhlükəsizliyin təminatçısıdır.

Milli Müdafiə Nazirliyi bütün vasitələri ilə hava məkanımızın hüquq və maraqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirir. Türkiyə İsrailin Yaxın Şərqdə sülh və sabitliyə təhlükə yaradan bütün fəaliyyətlərinə qarşıdır və hər hansı düşmənçilik hərəkətini dəstəkləməkdən söhbət gedə bilməz”, - açıqlamada bildirib.