BAKI, 18 iyun. TELEQRAF

İran Təl-Əviv, Hayfa, Qüds və Yuxarı Qalileyada yerləşən hədəflərə raketlər atıb.

Teleqraf xəbər verir ki, raketlərin sayı azı 15 olub.

İsrail mətbuatının məlumatına görə, raketlər İsrailin mərkəzi rayonlarına düşüb.

Bu arada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gecə hücumu zamanı İsrailin hava məkanına nəzarəti təmin etdiyi barədə məlumat yayıb.

“Bugünkü raket hücumu göstərdi ki, biz İsrailin səmasına tam nəzarəti ələ keçirmişik və onların sakinləri İranın raket hücumlarına qarşı tamamilə müdafiəsizdirlər”, - SEPAH-ın bəyanatında deyilib.

İran İsrailin Təl-Əviv, Hayfa və Qüds şəhərlərinə 20-dən çox raket atıb. İsrailin “Yedioth Ahronoth” nəşri qeyd edir ki, Yerusəlim ərazisində güclü partlayışlar eşidilir. Təl-Əvivdə də partlayışların olduğu bildirilir.