BAKI, 17 iyun. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri İranın qərbində hərbi hədəflərə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Hava zərbələrindən sonra bölgədə güclü partlayış səsləri eşidilib. Hələlik əməliyyatların nəticələri barədə məlumat yoxdur.

KİV paytaxt Tehranda bir yaşayış binasına hava zərbələri barədə də məlumat yayıb. Hücumdan sonra İranın hava hücumundan müdafiə sistemlərinin işə salındığı bildirilib.