BAKI, 17 iyun. TELEQRAF

İran İsrailin hərbi kəşfiyyat və MOSSAD mərkəzlərinə endirdiyi zərbələr nəticəsində əhəmiyyətli sayda yüksək rütbəli zabiti zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.

***

12:48

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin "Glilot" hərbi kəşfiyyat bazasına raket hücumu həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.

***

11:34

İran İsrail Kəşfiyyatının (MOSSAD) Herzilya şəhərindəki binasına raket zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Məlumata görə, İran tərəfi İsrailə qarşı yeni növ silahlardan istifadə edib.