BAKI, 17 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələri İrandan ölkə istiqaməti raket buraxılışları aşkar edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Bildirilib ki, atəşlə bağlı əvvəlcədən əhaliyə xəbərdarlıq edilib. Bundan sonra Təl-Əviv, Hayfa, Yerusəlim (Qüds) və bəzi digər şəhərlərdə həyəcan siqnalları verilib.

Hücumdan sonra Ramat Haşaron, Təl-Əviv Yerusəlim və bəzi digər yerlərdə partlayışlar barədə məlumat yayılıb. Raketlərdən birinin paytaxt Təl-Əvivin mərkəzinə düşdüyü iddia edilib. Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri raketlərin qarşısını almaq üçün çalışır və son dalğa zamanı atılan raketlərin əksəriyyəti zərərsizləşdirilib.

Ümumilikdə İrandan İsrail ərazisinə 30-a yaxın raketin buraxıldığı, 5 mülki vətəndaşın yüngül xəsarət aldığı bildirilib.