BAKI, 16 iyun. TELEQRAF

İranın qərbində, Luristan vilayətində hüquq-mühafizə orqanları iki yük avtomobilini saxlayıb. Avtomobillərdə İsrailə məxsus kamikadze dronları və partlayıcı maddələr aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb.

Məlumatda bildirilib ki, yük daşınması İsrailin kəşfiyyat xidməti MOSSAD-ın agentləri tərəfindən həyata keçirilib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.