BAKI, 16 iyun. TELEQRAF

İranın şimal-qərbində İsrailin hava hücumunu dəf edərkən Hava Hücumundan Müdafiə Qüvvələrinin 10 hərbçisi həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın YJC agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə İsrailin son hava hücumu zamanı baş verib. Raket və pilotsuz uçuş aparatlarının qarşısını almaq cəhdləri zamanı baş verən toqquşmalarda bir neçə hərbçi də yaralanıb.

Qeyd edək ki, rəsmi Tehran hadisəyə münasibət bildirməyib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.