BAKI, 14 iyun. TELEQRAF
İranın İsrailin mərkəzinə endirdiyi sonuncu raket zərbəsi nəticəsində bir neçə nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, çoxsaylı evlərə ciddi zərər dəyib.
İsrailin Milli Xilasetmə Təşkilatı əməkdaşlarının yüngül və orta dərəcəli yaraları olan on nəfərə yardım göstərdiyini açıqlayıb.
Qeyd edək ki, İranın ötən gecə İsrailə hücumları nəticəsində yaralananların ümumi sayı 80 nəfərə çatıb.