BAKI, 13 iyun. TELEQRAF
"İsrailin İrana qarşı hərbi əməliyyatı ən azı iki həftə davam edəcək".
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetinin yüksək vəzifəli israilli rəsmiyə istinadla məlumat yayıb.
Məlumatda görə, İsrailin İranın hərbi rəhbərliyinə və raket arsenalına qarşı başladığı hərbi əməliyyatlarının ən azı iki həftə davam edəcəyi gözlənilir.
Mənbə qeyd edib ki, əməliyyatların əsas məqsədi İranın hərbi infrastrukturuna ciddi zərbə vurmaq və gələcəkdə təhlükələrin qarşısını almaqdır.