BAKI, 12 iyun. TELEQRAF

“İsrail yaxın günlərdə İrana hücum etməyi düşünür, amma ABŞ-nin bu addımı dəstəkləmək ehtimalı azdır, çünki Tehranla yeni nüvə sazişi ilə bağlı danışıqlar hələ də davam edir”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NBC agentliyinin kəşfiyyat mənbələrinə istinadla dərc etdiyi analitik materialında deyilir.

Vəziyyətlə tanış olan beş mənbəyə istinadla agentlik yazır ki, İsrail ABŞ və İranın nüvə proqramı ilə bağlı onun tələblərinə cavab verməyən razılaşmaya nail olmağa yaxın olduğuna inandığından, Tehranın nüvə infrastrukturuna zərbə endirmək variantını nəzərdən keçirir.

Mənbələrə görə, onlar ABŞ-nin havadan yanacaqdoldurma və ya kəşfiyyat məlumatı mübadiləsi şəklində birbaşa və ya dolayı yolla İrana zərbə cəhdində İsrailə kömək etmək planlarından xəbərsizdirlər. Amma mənbələr ABŞ-nin həyəcan təbili çaldığını deyirlər.

Amerikalı analitik Maykl Knayts hesab edir ki, ABŞ-nin Yaxın Şərq ölkələrindəki hərbi-diplomatik personalı İrana mümkün hücumdan xəbərdardır və buna hazırdır.