BAKI, 10 iyun. TELEQRAF
Qəzzanın İsrail tərəfindən blokadasını yarmağa çalışan “Madleen” gəmisində saxlanılan aktivistlər Ben Qurion Hava Limanına gətiriliblər, oradan yaxın saatlarda öz ölkələrinə deportasiya ediləcəklər.
Teleqraf "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Deportasiya sənədlərini imzalamaqdan və İsraili tərk etməkdən imtina edənlər, İsrail qanunvericiliyinə uyğun olaraq, deportasiyalarının təsdiqlənməsi üçün məhkəmə qarşısına çıxarılacaqlar”, - XİN əlavə edib.
Məlumata görə, aktivistlərin vətəndaşı olduqları ölkələrin konsulları onlarla hava limanında görüşüblər.
Qeyd edək ki, nazirlik blokadanın yarılması təşəbbüsünü "selfi yaxtası" adlandıraraq pisləyib.