BAKI, 10 iyun. TELEQRAF
İsveçli ekoaktivist Qreta Tunberq emosiyalarına nəzarət etməyi öyrənmək üçün kurslarda iştirak etməlidir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"O, qəribə bir insandır. Gəncdir, qıcıqlıdır. Bilmirəm, bu qəzəb həqiqidir, ya yox. Buna inanmaq çətindir. Mən nə baş verdiyini gördüm. O, qətiyyən başqalarına bənzəmir. Düşünürəm ki, o, qəzəbini idarə etmək üzrə kurslarda iştirak etməlidir", - Tramp Tunberqin də içində olduğu "Madleen" gəmisinin İsrail tərəfindən ələ keçirilməsini şərh edərkən söyləyib.