​BAKI, 8 iyun. TELEQRAF

İsrail ordusunun hava zərbələri nəticəsində son 24 saat ərzində Qəzza zolağında 100-dən çox insan həyatını itirib, təxminən 400 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, zərbələr yaşayış məntəqələrinə, o cümlədən mülki infrastruktur obyektlərinə endirilib.

Yaralılar arasında qadınlar və uşaqların da olduğu bildirilir. Xəstəxanalarda kritik vəziyyətin hökm sürdüyü, tibb müəssisələrinin resurslarının tükəndiyi qeyd olunur.