BAKI, 7 iyun. TELEQRAF
Fransa xüsusi təyinatlıları PKK terror təşkilatının Suriya qanadı YPG-yə hərbi təlim keçir.
Teleqraf xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
“Fransa YPG ilə sıx təmasdadır. Fransa xüsusi təyinatlıları bölgədə YPG üzvlərinə təlim keçir. Fransa Xarici Kəşfiyyat Xidməti (DGSE) bir yandan Parisin bölgədəki mövqelərini gücləndirməyə çalışır, digər tərəfdən fransaəsilli əcnəbi yaraqlıların Suriyada təqib edilməsi ilə bağlı Dəməşqlə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Suriya rəhbərliyi Fransanın ölkədəki varlığından narahat olduğu və Parislə heç bir razılaşma imzalamadığı bildirilir”, - məlumatda deyilir.
Mənbə qeyd edir ki, Türkiyə Fərat çayının şərqində terrorçuların təsir dairəsini minimuma endirmək üçün Dəməşqlə koordinasiyalı işləyir:
“Türkiyə həm də İsrailin İrana zərbə endirmək üçün bölgədə hava dəhlizi yaratmasına yeganə ciddi maneədir, tezliklə bu məsələdə Ankara ilə Təl-Əviv arasında məcburi orta zəmin yarana bilər”.