BAKI, 31 may. TELEQRAF
İsrail hökuməti bir neçə ölkənin xarici işlər nazirlərindən ibarət nümayəndə heyətinin İordan çayının Qərb sahilinə səfərini əngəlləməyə qərar verib.
Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya, Qətər və Türkiyənin xarici işlər nazirləri Rəmallahda Fələstin Muxtariyyətinin rəhbərləri ilə görüşməyi planlaşdırıblar.
Görüşün məqsədi Fələstin dövlətinin qurulmasını təşviq etməkdir. Lakin İsrail bu görüşün baş tutmasına imkan verməmək qərarına gəlib.