​BAKI, 25 may. TELEQRAF

Son 24 saat ərzində İsrailin Qəzza zolağı boyunca həyata keçirdiyi hücumlarda 38 nəfər həlak olub, 204 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrailin martın 18-də atəşkəs razılaşmasını pozmasından bəri ən azı 3 min 785 fələstinlini ölüb, 10 min 756 nəfəri isə yaralanıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də müharibə başlayandan bu yana ölən fələstinlilərin ümumi sayı 53 min 939 nəfərə, yaralıların sayı isə 122 min 797 nəfərə çatıb.