BAKI, 25 may. TELEQRAF
İsrail ordusu bütün müntəzəm piyada və tank briqadalarını Qəzza sektoruna yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Məlumata görə, hazırda "Givati", "Golani", "Kfir", "Nahal" briqadalarının bölmələri, desantçılar, “kommandos”lar, 7-ci, 188-ci və 401-ci tank briqadalarının qüvvələri, həmçinin "müəyyən sayda ehtiyatda olan hərbçi" Fələstin anklavının ərazisində yerləşir. Bu qüvvələrin sektorda döyüş əməliyyatlarının daha da intensivləşdirilməsinə hazırlıq fonunda cəmləşdirildiyi bildirilir.
Daha əvvəl İsrail ordusu "Gideonun döyüş arabaları" adlı yeni genişmiqyaslı quru əməliyyatına 5 briqadanın cəlb edildiyini bəyan etmişdi. Yerli KİV bu briqadaların on minlərlə hərbçidən ibarət olduğunu açıqlamışdı.