BAKI, 24 may. TELEQRAF
İraqda girov saxlanılan Rusiya və İsrail vətəndaşı, tədqiqatçı Yelizaveta Surkovanın azad edilməsi ilə bağlı danışıqlarında heç bir irəliləyiş yoxdur.
Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, yüksək vəzifəli ABŞ nümayəndəsi mətbuatda bu barədə yayılmış xəbərləri təkzib edərkən deyib.
Məlumata görə, ABŞ tərəfi girovun müqabilində İraqda bir amerikalını qətlə yetirmiş İran vətəndaşının azad edilməsinə razılıq vermək niyyətində deyil.
***
19:45
Həm Rusiya, həm də İsrail vətəndaşı olan tədqiqatçı Yelizaveta Surkova yaxın 7-10 gün ərzində girovluqdan azad edilə bilər.
Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, onun İraq həbsxanasında olan bir iranlı məhbus və ABŞ-yə məxsus obyektlərə qarşı terror hücumlarında ittiham olunan digər altı nəfərlə dəyişdiriləcəyi bildirilir.
Xatırladaq ki, Yelizaveta Surkova iki il əvvəl İraqda girov götürülüb.