BAKI, 19 may. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyns Devid Vens İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirməsi səbəbindən bu ölkəyə səfərini ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin rəsmi mənbələrinə istinadla “Axios” məlumat yayıb.

Adı açıqlanmayan rəsmi nəşrə deyib ki, Vens Donald Tramp administrasiyasının İsrailin genişləndirilmiş əməliyyatlarını dəstəklədiyi təəssüratı yaratmamaq üçün belə bir qərar verib.

Nəşr yazır ki, ABŞ Qəzza zolağında atəşkəs və girovların qaytarılması ilə bağlı razılaşmanın zəruriliyində israr edir.

Xatırladaq ki, bundan öncə Ceyms Devid Vensin Vatikanda Papa XIV Leonun taxta çıxması mərasimindən sonra İsrailə səfər edə biləcəyi barədə məlumat yayılmışdı.