BAKI, 19 may. TELEQRAF
“HƏMAS” Qəzza zolağında iki aylıq atəşkəs və 300 fələstinli girovun azad edilməsi qarşılığında 7-9 nəfər israilli girovu azad etməyə razıdır.
Teleqraf xəbər verir ki, bu barədə adı açıqlamayan “HƏMAS” nümayəndəsi CNN-ə deyib.
O bildirib ki, bu razılaşma həmçinin İsrail Müdafiə Qüvvələrinin (İDF) "Səlah əl-Din dəhlizinin şərqinə", yəni Qəzza zolağından geri çəkilməsinə razılaşmasından asılı olacaq.
Bunun Qətərdə davam edən danışıqlar zamanı rəsmi təklif kimi irəli sürülüb-sürülmədiyi bildirilmir.