BAKI, 16 may. TELEQRAF

Yəmənə zərbələr endirilməsi əməliyyatına İsrailin 15 qırıcı təyyarəsi cəlb olunub.

Teleqraf “Əl Cəzirə”yə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyi yaydığı bəyanatda Yəməndəki əs-Salif və Hodeida limanlarına 30 raket zərbəsi endirildiyini açıqlayıb.

İsrailin Baş naziri Binyamin Netanyahu bu hücumun "sadəcə başlanğıc" olduğunu deyib.

Yəmənin Səhiyyə Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində əs-Salif limanında 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hodeidada isə 6 nəfərin yaralandığını bildirilir.