BAKI, 14 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda Suriya Prezidenti Əhməd Şaraa ilə görüşdə Dəməşqi "İbrahim sazişləri" çərçivəsində İsraillə münasibətləri normallaşdırmağa və İŞİD terror təşkilatının dirçəlişinin qarşısını almağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Amerika lideri Prezident Şaraanı Suriya xalqı üçün böyük işlər görməyə, o cümlədən İsrail ilə "İbrahim sazişləri"ni imzalamağa və ABŞ-yə İŞİD-in dirçəlişinin qarşısını almağa kömək etməyə çağırıb.

Əhməd Şaraa bunların müqabilində Trampa bildirib ki, o, Amerika şirkətlərini Suriyanın neft-qaz sektoruna sərmayə qoymağa dəvət edir.