BAKI, 23 aprel. TELEQRAF
"İran-ABŞ danışıqlarının gedişi barədə fikir söyləmək hələ tezdir".
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“ABŞ ilə nüvə müzakirələri (nəticələr) barədə mühakimə yürütmək hələ tezdir”, - nazir qeyd edib.
Əraqçi vurğulayıb ki, Amerika ilə konstruktiv danışıqlar aparırlar, qeyri-real və yerinə yetirilə bilməyən tələblərdən qaçırlar.
İran xarici işlər naziri həmçinin əmin olduğunu bildirib ki, ABŞ realist və konstruktiv şəkildə danışıqlara davam etsə, yaxşı bir razılaşma əldə oluna bilər.