BAKI, 12 aprel. TELEQRAF

İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani dünən Antalya Diplomatiya Forumunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı sosial media hesabından açıqlama verib.

Teleqraf xəbər verir ki, Bərzani görüşün son dərəcə məhsuldar keçdiyini bildirib.

“Sabitliyə və qalıcı sülhə aparan yol olaraq Türkiyədə sülh prosesinin canlandırılmasının vacibliyini bir daha qeyd etdim. Bu tarixi fürsətin dəyərləndirilməli və PKK-nın Öcalanın çağırışına müsbət cavab verməli olduğunu vurğuladım”, - mxutar qurumun rəhbəri vurğulayıb.

Xatırladaq ki, PKK terror təşkilatının lideri Abdullah Öcalan fevralın 27-də rəhbərlik etdiyi təşkilatı tərksilah olmağa və özünü buraxmağa çağırmışdı.