BAKI, 11 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İranla orta səviyyəli nüvə sazişi ilə razılaşa biləcəyi təhlükəsi var.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin rəsmi mənbələri “Yerusəlim Post” bildiriblər.

Mənbələrə görə, Trampın belə bir sazişlə razılaşması, İrana hava zərbələri endirmək üçün İsrail ordusunun mövcud unikal imkanlarını məhdudlaşdıracaq.

Qeyd olunur ki, İsrail ordusunun qırıcıları ötən ilin oktyabrında İranın bütün S-300 zenit-raket sistemlərini məhv etdiyi üçün nüvə obyektlərinə zərbə endirmək baxımından hava aviasiya üçün açıq pəncərələr var:

“İranın hələ də zenit sistemləri var, amma bunlar İsrail Hərbi Hava Qüvvələrinin oktyabrda onun S-300 sistemlərini sıradan çıxarmamışdan əvvəlki durumda deyil. Həmçinin İsrail rəsmiləri deyirlər ki, hazırda nə “Hizbullah”, nə də HƏMAS İran üçün İsrailə qarşı istifadə edə biləcəyi ciddi vasitələr deyil, çünki hər ikisi ciddi şəkildə zəiflədilib.

Aylardır İsrail rəsmilərinin böyük ümidləri vardır ki, Tramp hətta ilin ilk aylarında da İranın nüvə obyektlərinə böyük bir hücum həyata keçirəcək.

İranın dəyişən mövqeyini və Trampın Tehrana “cəhənnəmin qapıları”nı açmaqdan tutmuş, razılaşma üçün ciddi cəhdlər etməyə qədər olan qarışıq bəyanatlarını nəzərə aldıqda, İsrail mənbələri Trampın danışıqlara hazır olmasının indi orta səviyyəli saziş ehtimalını artırdığına inanırlar.

Bəzi mənbələr hələ də optimistdirlər, onlar düşünürlər ki, pərdə arxasında anlaşma İranın nüvə problemini həll etməyəcək, İsrailin hücumu sonda zəruri olacaq, bu da Tehranı 2015-ci il versiyasından daha yaxşı nüvə razılaşmasına sövq edəcək.

Faktiki olaraq, bütün mənbələr nüvə dosyesi ilə bağlı aprel ayı ərzində böyük irəliləyişlərin olacağı ilə razılaşır. Trampın mövcud İran siyasətinə baxsaq, yekun anlaşmanın əldə edilməsi yaya qədər uzana bilər. Amma Tramp zərbə ehtimalını o qədər də müzakirə etmir, onun İran siyasətinin ilk dövrünün böyük hissəsinin sanksiyalar üzərində qurulduğunu nəzərə alsaq, sanksiyaları məcburedici vasitə kimi bəyəndiyi məlumdur”.