
BAKI, 4 mart. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin heç bir ölkə ilə müharibə istəmədiyini və nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etdiyini iddia edib.
Teleqraf xəbər verir ki, o, bu barədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı zamanı bildirib.
Pezeşkian regional sülh naminə müsəlman ölkələrini ortaq maraqlar üzərindən hərəkət etməyə çağırıb.