MİNGƏÇEVİR, 22 dekabr. TELEQRAF
Mingəçevir Dövlət Dram Teatrı Yeni il münasibətilə ilk dəfə olaraq iki dildə “Dəcəllər” interaktiv şousunu nümayiş etdirib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, tamaşanın ssenarisi və quruluşçu rejissoru tanınmış kinorejissor Cavid Təvəkküldür.
Şou həm Azərbaycan, həm də rus dillərində təqdim olunur. Tamaşaçılar interaktiv oyunlar, viktorinalar və rəqslərə qatılır, sevimli cizgi qəhrəmanları ilə tanış olurlar.
Qeyd etmək lazımdır ki, tamaşa şou həm əyləncə, həm də maarifləndirici üslubu ilə uşaqların diqqətini cəlb edir.
Ən əsası odur ki, iki dildə səhnələşdirilmiş yeni il tamaşası Mingəçevirlə yanaşı Yevlax, Göyçay, Ucar, Ağdaş və Zərdab rayonlarında da nümayiş etdirilir.