BAKI, 7 oktyabr. TELEQRAF

“İran İslam Respublikası və Yaxın Şərqdə ona bağlı proksi qüvvələr İsrailin qarşısında duran əsas təhdidlərdən biridir”.

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.

“İrandan və ona bağlı qüvvələrdən, eləcə də husilərdən “İsrailə ölüm” şüarlarını eşidirik və eyni şüarları Qərb şəhərlərinin küçələrində də səsləndirilir”, - nazir qeyd edib.

Gideon Saar əlavə edib ki, Tehranda “İsrailin məhv ediləcəyi günü hesablayan saat” quraşdırılıb.