BAKI, 8 oktyabr. TELEQRAF
Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) Ər-Riyad beynəlxalq hava limanına ballistik raketlə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya bildirib.
“Silahlı qüvvələrimiz Ər-Riyaddakı Kral Xalid hava limanını ballistik raketlə vurmağa nail olub”, - o qeyd edib.
Səriya birbaşa zərbədən sonra Səudiyyə Ərəbistanının paytaxtının hava limanında hava nəqliyyatının dayandığını iddia edib. Husilərin sözçüsü həmçinin beynəlxalq aviaşirkətləri krallıq üzərindən uçuşlardan çəkinməyə çağırıb və Səudiyyə Ərəbistanının hava məkanının müsəlmanların müqəddəs şəhərləri Məkkə və Mədinə istisna olmaqla, hərbi əməliyyatlar teatrına çevrildiyini vurğulayıb.