BAKI, 8 oktyabr. TELEQRAF

İtkin düşmüş azərbaycanlıların taleyi və dəfn yerləri barədə Ermənistanın dəqiq və hərtərəfli məlumat verməsi xüsusi əhəmiyyət daşıyır.

Teleqraf xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın bağlanış sessiyasında deyib.

O bildirib ki, bu sahədə praktiki əməkdaşlıq ailələrin əzablarını azaltmağa və davamlı sülh üçün zəruri olan etimadı gücləndirməyə kömək edə bilər:

“İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, ailələrə mövcud məlumatların təqdim edilməsi beynəlxalq humanitar hüququn öhdəliklərindəndir”.